Suriya ordusu Hələbdə hücuma keçdi

Suriya ordusu Hələbdə hücuma keçdi
20:47 23 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu könüllülərlə birlikdə Hələb şəhərinin cənubunda hücuma keçib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, prezident Bəşər Əsədə sadiq qoşunlar 1070 məhəlləsinin yaxınlığındakı binalara doğru irəliləyirlər.

Suriya hərbçiləri terrorçuların 3 tankını məhv ediblər. Onlar 1070 məhəlləsində və yaxın rayonlarda terrorçuların təminat yollarını kəsməyə çalışırlar.

SANA bildirir ki, Hələbin cənubunda hərbçilər Hava Hücumundan Müdafiə qoşunlarının alayının qışlasını ələ keçiriblər.

Hücum Hələbdə elan edilmiş üçgünlük humanitar fasilədən sonra başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR