Yarmanın (bulqur) inanılmaz faydalarından heç xəbəriniz var?

Yarmanın (bulqur) inanılmaz faydalarından heç xəbəriniz var?
21:22 23 Oktyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Xam maddəsi buğda olan bulqur düyüdən daha çox qidalandırıcı ərzaq maddəsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yarma (bulqur) həm iqtisadi, həm də yüksək karbohidrat dəyərinə malik qida maddəsidir. Buğdanın qida elementlərindən olan sink, kəpək, xrom və maqnezium təbii olaraq bulqurın tərkibində də mövcuddur. Həmçinin selenium və B12 vitaminindən başqa bütün B vitaminləri bulqurda mövcuddur. Yarma lif baxımından da olduqca zəngindir.

Folid turşu tərkibi sayəsində uşaqlarla hamilə qadınların folid turşusu ehtiyaclarını ən yüksək səviyyədə təmin edə bilir. Kiflənmə və xarab olmaq müqabilində olduqca dözümlüdür və uzun müddət günəş görməyən yerdə saxlanılması mümkündür.

Yarmanın həzm və sinir sisteminə faydaları:

B vitamini həm sinir sistemi, həm də həzm sistemi baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə B1 vitamini həzm sistemini gücləndirərək mədəyə kömək edir. Bağırsaqların işinin tənzimlənməsini təmin etməklə yanaşı, xərçəng ehtimalının da qarşısını alır. Bağırsaq xərçəngi xəstələrinin mütəmadi olaraq yarma istehlak etmələri tövsiyə edilir ki, həm xəstəlikdən qorunma, həm də xəstəliyin müalicəsi prosesinə müsbət təsir edir.

Yarma şəkər xəstəliyinə faydası: Yarmanın uzun müddət toxluq hissi verməsi və qana yavaş qarışması səbəbi ilə çəki azaltmaq istəyənlərlə şəkər xəstələrinə tez-tez istehlak etməsi tövsiyyə edilir.

Yarmanın ürək-damar sağlamlığına faydaları:

Yüksək faizdə lif ehtiva edən bulqur qanda şəkərin ani yüksəlməsi və enməsinin nəzarət edilməsinə kömək edir. Mütəmadi olaraq yarma istehlak edilməsi qanda şəkərin nəzarətdə qalmasını təmin edir. Həmçinin xolesterinin yüksəlməsinə də mane olaraq, damarların sağlamlığının qorunmasını təmin edir. Bununla da həm ürəyə, həm də beyinə gedən damarları tıxanmadan qoruyur. Belə olan təqdirdə infarkt və beyinə qan sızması təhlükəsini azaldır.

Hamiləlik dövründə bulqur:

Yarma folid turşusu ehtiva edir. Folid turşusunun ən əhəmiyyətli xüsusiyyəti ana bətnindəki körpənin sağlamlığı üçün də faydalı olmasıdır. Hamiləlik dövründə bulqur istehlak edilməsi körpələrin zehni inkişafına kömək edir. Eyni zamanda, ana sağlamlığını qorumağa kömək edir.

Qida şəkərini tənzimləyir:

Yarma ürək və damar xəstəliklərinə yoluxma təhlükəsini azaltdığını qeyd etmişdik. Yarmanın bu xüsusiyyəti, həmçinin qanda şəkərin tənzimlənməsinə də kömək edir. Qanda şəkəri sağlam şəkildə saxlamağa kömək edən qidalar və vitaminləri özündə birləşdirir.

Xərçəngə qarşı yarmanın faydaları:

Günümüzdə ən çox rast gəlinən və çox müxtəlif forma və səbəblərdən ortaya çıxan ən əsas xəstəliklərdən biri xərçəng xəstəliyidir. Bəzi növlərinin müalicə edilməsi mümkün deyil. Lakin əvvəlcədən balanslı qidalanma xərçəng xəstəliklərinə yoluxma təhlükəsini azaldır. Bu məqamda yarma mühüm rola malikdir. Xərçəng xəstəliklərinə yoluxma təhlükəsini azaldan yarma, xüsusilə qalın bağırsaq xərçənginin qarşısını almaqda ciddi təsirə malikdir.

Yarma çəki itirmәyә kömək edir:

Yarmanın digər bir xüsusiyyəti çəki itirmәni asanlaşdırmasıdır. Zülal baxımından çox zəngin olan yarma doydurucu bir qida mənbəyidir və buna görə, uzun müddət aclıq hissini aradan aparır. Eyni zamanda, pəhriz dövründə olan insanlar müntəzəm olaraq istehlak edirlər. Çünki, yarma doymaq effekti daşıdığı üçün kilo artımına səbəb olmur.
Yarmanın (bulqur) inanılmaz faydalarından heç xəbəriniz var?
 
Sümüyün sağlamlığını təmin edir:

Yarmanın bol miqdarda ehtiva etdiyi bir çox vitaminin, xüsusilə sink, dəmir, maqnezium və xrom sümük sağlamlığının qorunmasına kömək edir. Bununla yanaşı uşaqlarda sağlam bir sümük quruluşunun yaranmasını təmin edir. Bəzi tibbi mütəxəssislər yarmada olan dəmir faizinin ispanaqdan da çox olduğunu vurğulayırlar. Bu xüsusiyyətinə görə, dəmir çatışmazlığının səbəb olduğu xəstəliklərə yoluxma təhlükəsini azaldır.
Yarmanın (bulqur) inanılmaz faydalarından heç xəbəriniz var?
 
Qan azlığı xəstəliyi və yarma:

Yarma qan azlığı xəstəliyinə yoluxma təhlükəsinin qarşısını alır. Tərkibində olan bol miqdarda dəmirin köməyi ilə qan hüceyrələrinin sağlamlığının qoruyucu xüsusiyyətinə malikdir. Anemiya problemini aradan qaldırır.

Alzhaymer xəstəliyinə yoluxma təhlükəsini azaldır:

Alzhaymer xəstəliyi ən çox qocalmaqla bağlı ortaya çıxır və ümumiyyətlə, beyin və sinir sisteminin kifayət qədər vitamin və maddələri almaması səbəbilə yarana bilir. Son vaxtlarda edilən bir çox elmi-tədqiqatlar yarmanın bu xəstəliyi qarşısını alma xüsusiyyətinin olduğunu aşkarlayıb.
 
Yarma öd daşlarının əmələ gəlməsinin qarşısını alır:

Yarmanın bol miqdarda lif ehtiva etməsi təbii olaraq daha sürətli və asan bir şəkildə ifrazatı təmin edir və bu xüsusiyyəti ilə öd daşlarının əmələ gəlmə təhlükəsini azaldır.

Yarma əzələləri möhkəmlədir:

Yarmanın tərkibindəki vitamin və minerallar toxumaların sağlamlığı baxımından da əhəmiyyət kəsb edir. Toxumaların sağlamlığını qoruyan və toxumaları möhkəmləndirən nadir qida mənbələrindən biri kimi, yarma eyni zamanda əzələlərin sağlamlığını da qoruyur və əzələlərdə yağlanmanın səviyyəsini tarazlaşdırır.
 
Bulqurun saç və dəri sağlamlığına faydaları:

Yarmanın ehtiva etdiyi bir çox vitamin və minerallar saç və dəri sağlamlığı baxımından da əhəmiyyət kəsb edir. Bol miqdarda dəmirə malik yarma saç tökülməsi problemini aradan qaldıra bilər. Bədəndə meydana gələn dəmir çatışmazlığına görә, yaranan dəri və saç problemlərini böyük miqyasda aradan qaldırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR