Azərbaycanda telefonla internetə girənlərin balansı oğurlanır - VİDEO

Azərbaycanda telefonla internetə girənlərin balansı oğurlanır - VİDEO
21:22 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Son dövlər mobil telefon istifadəçilərinin balansından hara getdiyi məlum olmayan pullar çıxılır. Həm bu tez-tez baş verir. Xüsusəndə mobil telefon istifadəçiləri internetdən istifadə edən zaman avtomotik olaraq müxtəlif saytlar açılır ki, bu zaman istifadəçi saytı bağlasa belə onun balansı azalmaqa başlayır..

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, müştərilər heç bir xidmətdən istifadə etmək istəməsələr belə onların nömrələri hər hansı xidmətə yazılır və gündəlik və ya saatlıq olaraq onların balansından müəyyən məbləğ çıxılır. Son zamanlar bu tez-tez müşahidə edilir.

İKT üzrə mütəxəssisləri bildirir ki, müştərinin balansından icazəsi olmadan hər hansı məbləğin çıxılması və onun istəmədiyi halda hər hansı sistemə qoşulması operatorların nəzarətində olan haldır. Bunun qarşısını hər hansı tətbiq vasitəsi ilə almaq isə mümkün deyil. Hüquqşünaslarda bu halın qanuna zidd olduğunu bildirir.

Bu halla qarşılaşanlar isə dəymiş ziyanın ödənilməsi və bunu edənlərin cəzalandırılması üçün bu barədə dövlət qrumlarına məlumat verməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/482352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR