Türk boksçunun rəqibi rinqdən qaçdı (VİDEO)

Türk boksçunun rəqibi rinqdən qaçdı (VİDEO)
22:13 23 Oktyabr 2016
150 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyada keçirilən boks yarışında maraqlı anlar yaşanıb.

Publika.az Türkiyə mətbutına istinadən xəbər verir ki, Türk boksçu Ali Eren Demirezen polşalı Patrik Koulla qarşılaşıb.

Ali Demirezen ilk raundda rəqibinə böyük hesabla qalib gəlib. Raundlararası fasilədə öz köşəsinə çəkilən polşalı boksçu qəfil əlcəklərini çıxararaq rinqi tərk edib. Həyatını təhlükəyə atmaq istəmədiyini deyən Patrik döyüşdən imtina edib.

"Həyatımda bu qədər güclü zərbə görmədim. Ali olimpiyadada döyüşmüş güclü bir boksçudu, həyatımı təhlükəyə ata bilməzdim. Hər yumruq zərbəsinə elə bilirdim ki, məni qatar vurur. Ona görə də travma alımadan yarışı tərk etdim", -deyə polşalı boksçu əlavə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR