Rinqdə görünməmiş hadisə: türk boksçunun rəqibi qaçdı - VİDEO

Rinqdə görünməmiş hadisə: türk boksçunun rəqibi qaçdı -   VİDEO
00:07 24 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Boks yarışlarında nadir rast gəlinən maraqlı olay baş verib. Almaniyada keçirilən boks yarışında türkiyəli idmançı Əli Ərən Dəmirəzən Polşa boksçusu Patrik Koulla döyüşüb.
 
Matçın ilk raundunda Dəmirəzən rəqibi üzərində böyük üstünlük əldə edib. Görüşün fasiləsində Koul rinqin küncünə gedərək əlcəklərini çıxarıb və döyüşməyəcəyini bildirib. Polşalı idmançı rinqi tərk edib. Bu səbəbdən türkiyəli idmançı qalib elan edilib.
 
Mətbuata açıqlama verən Koul gözlənilməz addımı ilə bağlı bunları deyib:
 
"Həyatımda bu qədər güclü yumruqlar görməmişdim. Əli olimpiadalarda döyüşmüş peşəkar və güclü bir boksçudur, onun qarşısında həyatımı təhlükəyə ata bilməzdim. Yumruqları mənə dəyəndə özümü TIR-la toqquşmuş hesab etdim. Əlini təbrik edirəm, dünyanın zirvəsinə çıxacağına olan inancım tamdır". (Axar.az)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR