Azərbaycanlı futbolçu Almaniyada qol vurdu

Azərbaycanlı futbolçu Almaniyada qol vurdu
00:57 24 Oktyabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimal-Şərq Regional Liqasında XI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu "Moyzelvits" doğma meydanda "Leyptsiq"in ikinci komandası ilə qarşılaşıb. 


Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0. Bu, Rüfətin komandasının geridə qalan 11 turda ilk qələbəsi olub.


Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Rüfət bu görüşdə sarı vərəqə də alıb.


Qeyd edək ki, 11 turdan sonra "Moyzelvits" 8 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Rüfət cari mövüsümün 11 oyununun hamısında meydana çıxıb və 931 dəqiqə oynayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-almaniyada-qol-vurdu-t53572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR