Suriya ordusu Hələbin cənub hissəsində hücuma keçib

Suriya ordusu Hələbin cənub hissəsində hücuma keçib
01:33 24 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu və könüllü dəstələr strateji yüksəklikləri ələ keçirdikdən sonra Hələb şəhərinin cənubunda hücuma keçiblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriya ordusu hava hücumundan müdafiə hərbi hissəsi və "Suriyatel" qülləsinin yerləşdiyi yüksəklikdə möhkəmlənib.

Məlumata görə, terrorçular ciddi müqavimət göstərirlər. Ordu və könüllülərin mövqeləri minaatanlardan intensiv atəşə tutulur.

Hücumun ilk saatlarında radikal qruplaşmalara məxsus üç tank vurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR