Tovuz sakini göbələkdən zəhərlənib

Tovuz sakini göbələkdən zəhərlənib
02:08 24 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1993-cü il təvəllüdlü Svetlana Abbasova ağır zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Abbasova yaşadığı evin həyətində göbələk yığaraq bişirdiyini və yedikdən sonra özünü pis hiss etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR