"Taliban" Əfqanıstanda polis idarəsini göyə sovurdu - VİDEO

"Taliban" Əfqanıstanda polis idarəsini göyə sovurdu - VİDEO
02:09 24 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda "Taliban" dəhşətli partlayış törədib. APA TV-nin məlumatına görə, terror aktı ölkədə becərilən narkotikin 90 faizinin yetişdirildiyi Hilmənd əyalətində həyata keçirilib.

 

Əyalət mərkəzindəki polis idarəsi göyə sovrulub. Terrorçular partlayış anını özlərinə məxsus PUA vasitəsi ilə qeydə alıblar.

 

Kadrlarda bomba yüklü avtomobilin polis idarəsinin ərazisinə girdiyi görünür. Maşını idarə edən şəxs əraziyə çox rahat şəkildə daxil olur.

 

Partlayışdan sonra ətraf qatı dumana bürünür.

 

Hadisə oktyabrın 22-də baş verib. Terrorçular görüntüləri oktyabrın 23-də sosial şəbəkədə paylaşıb.

 

Xatırladaq ki, "Taliban"ın nəzarət etdiyi Əfqanıstanın şimalındakı Qunduz şəhəri terrorçulardan təmizlənib. Onların böyük itkilər verdiyi deyilir

 

"Taliban"ın məhz bu məğlubiyyətə görə əvəz çıxdığı istisna edilmir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR