Türkiyədə yük maşını hərbi avtomobilə çırpıldı: 1 ölü, 1 yaralı

Türkiyədə yük maşını hərbi avtomobilə çırpıldı: 1 ölü, 1 yaralı
04:09 24 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Malatya vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Doğanşehir  rayonunda yük maşınının jandarm qüvvələrinə məxsus avtomobilə çırpılması nəticəsində 2 əsgər yaralanıb.

 

Təcili yardımla yerli xəstəxanaya çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.  Digər yaralı Malatya Dövlət Xəstəxanasına çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR