“Molotov kokteyli”ni atmağa cəhd edən qadın saxlanıldı

“Molotov kokteyli”ni atmağa cəhd edən qadın saxlanıldı
06:34 24 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

 Nyu-Yorkda “Molotov kokteyli”ni atmağa cəhd göstərən qadın saxlanılıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində, məşhur Tayms-Skver meydanında baş verib.

 

Şəxsiyyəti açıqlanmayan qadının Konnektikut ştatının sakini olduğu bildirilir.  Polis insidentin  terrorla əlaqəsi olmadığını vurğulayıb. Saxlanılan qadın psixiatrik müayinə üçün xəstəxanaya göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR