Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb
16:56 5 Yanvar 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Şirkəti 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton, Ceyhan limanından 2 milyon 194 min 300 ton xam neft ixrac edib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, ümümilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 957 min 390 ton, Ceyhan limanından isə 20 milyon 483 min 248 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara,
BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında dünya bazarında “Brent” tipli xam neftin bir barreli 78,90 dollar olub. “Urals” tipli neftin bir barreli 78,92 dollardan, BTC FOB Ceyhan tipli xam neftin bir barreli isə 79,70 dollardan satılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR