Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az