Beyləqanda yanğın qeydə alınıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 27 m2 olan bərbərxananın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.