Futbol üzrə İspaniya ikinci liqasında XI turun oyunları baş tutub. Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" növbəti matçını evdə keçirib.
"UCAM Mursiya"nı qəbul edən “Kadis” yekunda 1 xal qazanıb – 2:2. İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xalla 19-cu pillədə qərarlaşıb.
Fanat.Az