Ağır qəza: yaralı var

Ağır qəza: yaralı var
09:42 24 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Daş körpü deyilən ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 38 yaşlı İman Mirkərəm oğlu İbrahimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. 
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR