Uruqvay çempionatının oyunu stadionun tualetindəki atışma səbəbindən dayandırılıb

Uruqvay çempionatının oyunu stadionun tualetindəki atışma səbəbindən dayandırılıb
09:52 24 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Futbol üzrə Uruqvay çempionatında "Penyarol" və "Rampla Xuniors" komandaları arasındakı oyun yarımçıq qalıb. "Report"un məlumatına görə, buna matçın keçirildiyi "Sentenario" stadionunun tualetlərindən birində atışma səbəb olub. 
Ayaqyolunda hücuma məruz qalan naməlum kişi əlindən və ayağından yaralar alıb. O, Montevideo xəstəxanalarından birinə çatdırılıb. Polisdən bildirilib ki, atışma "Penyarol"un bir neçə fanatının narkotik maddə ticarəti zəminində mübahisəsi nəticəsində başlayıb. 
Qeyd edək ki, görüşün ilk yarısı "Rampla Xuniors"un qələbəsi ilə başa çatıb - 1:0. Lakin təhlükəsizlik məqsədilə fasilədə oyunun dayandırılmasına qərar verilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/uruqvay-cempionatinin-oyunu-stadionun-tualetindeki-atisma-sebebinden-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR