Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama

Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama
09:52 24 Oktyabr 2016
416 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Zərdab Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb.

Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR