Əli Xamenei: “ABŞ-ın yenilməz olması barədə düşüncələr səhvdir”

Əli Xamenei: “ABŞ-ın yenilməz olması barədə düşüncələr səhvdir”
10:23 24 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Azərbaycanda olmuş Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Bakıdan İrana səfər edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Nikolas Maduro Tehranda da bir neçə rəsmi görüşlər keçirib.

Nikolas Maduro ilə İranın Ali dini lideri Əli Xamenei arasında keçirilən görüşdə enerji məsələləri ilə bağlı müzakirələr aparılıb.

Əli Xamenei dünyada aparılan qlobal enerji siyasətinə görə ABŞ-ı sərt tənqid edib.

Ali dini lider deyib ki, ABŞ son 15 ildə Qərbi Asiya ölkələrinə çox səhv siyasət aparır:

“Bu gün ABŞ neft və qazdan bir sıra dövlətlərə qarşı silah kimi istifadə edir. Buna görə də neftin qiymətlərini aşağı saldırıb. Ancaq ABŞ indi özü də çarəsiz vəziyyətə düşüb. Baxmayaraq ki, ABŞ özü də neftin qiymətinin aşağı düşməsindən zərər görür. Ancaq əsl məqsədi özünün də zərər görməsinə baxmayaraq, neft hasil edən ölkələrə qarşı bu cür təzyiqlər etməkdir. Şübhəsiz ki, bu ölkələr arasında İran, Venesuela və digər enerji hasil edən ölkələr də var”.

Əli Xamenei əlavə edib ki, indi ABŞ-ın yenilməz olması barədə düşüncələr səhvdir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR