Bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək

Bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək
10:27 24 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rezidentlərin yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də, II mərhələsi isə 27-si və 28-i tarixlərində keçiriləcək.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin yekun attestasiyasının təşkilinə dair keçirilən tədbirdə universitetin rektoru Gəray Gəraybəyli deyib.
Onun sözlərinə görə, bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək: “Attestasiyanın ilk mərhələsi Azərbaycan Tibb Universitetinin virtual test mərkəzində, II mərhələ ısə Universitetin müvafiq klinikalarında keçiriləcək”.
O qeyd edib ki, əvvəlki illərdə keçirilən yekun attestasiyası zamanı bəzi çatışmazlıqlar qeydə alınıb: “Xüsusilə, test suallarının və təcrübi bacarıqların hazırlanmasında bəzi ixtisaslar üzrə tələbatlar lazımi səviyyədə olmayıb. Bu barədə Səhiyyə Nazirliyindən də iradlar bildirilib. Bu çatışmazlıqların aradan qaldırılması məqsədilə xeyli işlər görülüb, ayrı-ayrı ixtisaslar üzrə test sualları və təcrübi bacarıqlara dair suallar yenilənib.
Tədbirdə bildirilib ki, artıq bütün ixtisaslar üzrə suallar hazırlanaraq virtual test mərkəzinə verilib və təcrübi bacarıqlara dair II mərhələ sualları da təsdiq edilərək komissiya üzvlərinə veriləcək.
Bu il bütün ixtisaslar üzrə Bakı şəhərində olan bazalardan 356 nəfər yekun attestasiyasına buraxılıblar ki, onların da ayrı-ayrı ixtisaslar üzrə sayı təhsil müddəti 2 il olan 8 ixtisas üzrə 68 nəfər, təhsil müddəti 3 il olan 9 ixtisas üzrə- 81 nəfər, təhsil müddəti 4 il olan 12 ixtisas üzrə-110 nəfər və təhsil müddəti 5 il olan 9 ixtisas üzrə-55 nəfərdir. Bunlardan 115 nəfəri ATU-nun məzunlarıdır. Bundan əlavə, 2015-ci ildə attestasiyaya buraxılmayan 16 nəfər və attestasiyanın I və ya II mərhələlərindən keçə bilməyən 13 nəfər də bu il yekun attestasiyada iştirak edəcəklər.
Qeyd edək ki, qaydalara uyğun olaraq, yekun attestasiya 2 mərhələdə aparılır. Bunlardan birincisi – test, ikincisi isə praktiki vərdişlərin mənimsənilməsinə ğörə müxtəlif kliniki halların araşdırılması mərhələsidir. I mərhələ - testin nəticələri 50 balla hesablanır. Bu zaman ikinci mərhələyə keçmək üçün minimum 40 bal yığılmalıdır. Kliniki halların araşdırılacağı II mərhələdə təqdim olunan 5 klinikhalın hər biri maksimum 10 balla qiymətləndirilir. Bu zaman minimum 30 bal toplanılmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-il-ilk-defe-rezidenturada-hekim-mutexessis-hazirligi-aparilan-butun-ixtisaslar-uzre-yekun-attesta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR