Brent markalı neft tarixi minimumu yeniləyib

16:57 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:54 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 1,30 dollar enərək 51,39 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,67 dollar ucuzlaşaraq 54,75 dollar olub.

 

Qeyd edək ki, Brent markalı neftin qiyməti 2009-cu ilin may ayından etibarən ilk dəfə olaraq 55 dollar səviyyəsindən aşağı düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR