Xorvatiya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Xorvatiya prezidentinin rəsmi qarşılanma mərasimi olub
10:39 24 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

 

Hər iki dövlət başçısı rəsmi foto çəkdiriblər.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR