Yeniyetmə taekvondoçuların birinciliyi keçirilib

Yeniyetmə taekvondoçuların birinciliyi keçirilib
10:54 24 Oktyabr 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Taekvondo üzrə yeniyetmələr arasında 10-cu Respublika oyunlarının Bakı şəhəri üzrə seçmə mərhələsi keçirilib. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən "Fateh idman klubu"nun yetirmələri 8 çəki dərəcəsində ilk dördlüyə düşərək 26-29 noyabr 2016-cı il tarixlərində Tovuz şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Olduqca gərgin keçən döyüşlərdə "Fateh idman klubu"nun idmançıları inamlı mübarizə sərgiləyərək təqdirəlayiq qələbələr qazanıblar. Beləliklə oğlanlar arasında "Fateh idman klubu" və Nəsimi Rayon Gənclər və İdman İdarəsini təmsil edən idmançılar - Nihad Əlizadə (33 kq), Turhan İbrahimli (37kq), Samir Yusifov (65 kq), Aqil İbadov (65+kq), yeniyetmə qızlardan isə Tutu İsmayılova (29 kq), Səbinə Əliyeva (33 kq), Sənubər İbadova (41 kq), Aydan Əliyeva (44 kq) gələn ay Tovuz şəhərində keçiriləcək final mərhələsinə iştirak edəcəklər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR