"Şakro"nun xəzinədarı qaçdı - kilolarla qızıl, onmilyonlarla dollar

"Şakro"nun xəzinədarı qaçdı - kilolarla qızıl, onmilyonlarla dollar
11:04 24 Oktyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

Kriminal aləmdə  “Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınan Konstantin Manukyan beynəlxalq axtarışa verilib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Manukyanın Ermənistanda gizləndiyi ehtimal olunur,

 

Məlumata görə, “Şakro Molodoy”la Manukyan kriminal karyeralarını demək olar ki, eyni vaxtda, Tiflisdə başlayıblar. Manukyan ilk dəfə Gürcüstanda tanımış bir qanuni oğrunu qətlə yetirdiyinə görə, həbs edilib.  “Şakro”yla onların yolu da məhz həbsxanada kəsişib. Sonradan hər ikisi “Ded Xasan”a, Aslan Usoyan sədaqət andı içiblər.

 

Bəzi məlumatlara görə, son vaxtlaradək Rusiyada yaşayan Manukyan ölkədən özüylə bərabər kilolarla qızıl, on milyonlarla dollar vəsait çıxarıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR