Cənubi Koreya prezidenti ikinci prezident müddətini daxil etməyi təklif edib

Cənubi Koreya prezidenti ikinci prezident müddətini daxil etməyi təklif edib
11:12 24 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu islahat iki müddət  dalbadal prezident postunda qalmağa imkan verəcək. 
Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib. 
Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi təşəbbüsü şərh edərkən vurğulayıb ki, islahat keçiriləcək olsa da, Pak Kın-Xe özü bundan yararlana bilməyəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/cenubi-koreya-prezidenti-ikinci-prezident-muddetini-daxil-etmeyi-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR