İsmayıllıda torpaq sürüşdü: 80-ə yaxın ev TƏHLÜKƏDƏ

İsmayıllıda torpaq sürüşdü: 80-ə yaxın ev TƏHLÜKƏDƏ
11:12 24 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Diyallı və Sədiyan kəndlərində baş verən torpaq sürüşməsi nəticəsində yaşayış məntəqələrində təhlükəli vəziyyət yaranıb.

Milli.Az report-a istinadən bildirir ki, güclü yağış nəticəsində yaranan və təxminən 1 həftədir davam edən sürüşmə son iki gündə daha da aktivləşib.
Sədiyan kəndində 5 ev, Diyallı kəndində isə 70-ə yaxın ev sürüşmənin aktiv olduğu ərazidə yerləşir. Sürüşmə nəticəsində Sədiyan kəndində dərinliyi 1,5 metr, eni 3 metr olmaqla təxminən 300 metr uzunluğunda yarğan əmələ gəlib.

Yaranan yarğan kənd sakini Ağalı Əliyevin həyətyanı sahəsinə doğru genişlənib və təsərrüfat tikilisinə böyük ziyan vurub, yaşadığı mənzilə isə təhlükə yaranıb. 
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasından report-a verilən məlumata əsasən, əraziyə aidiyyəti orqanlar tərəfindən baxış keçirilib və bir evin sakinlərinin təxliyə olunmasına qərar verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR