Futbol üzrə Uruqvay çempionatında "Penyarol" və "Rampla Xuniors" komandaları arasındakı oyun yarımçıq qalıb.
Milli.Az report-a istinadən xəbər verir ki, buna matçın keçirildiyi "Sentenario" stadionun tualetlərindən birində atışma səbəb olub.
Ayaqyolunda hücuma məruz qalan naməlum kişi əlindən və ayağından yaralar alıb. O, Montevideo xəstəxanalarından birinə çatdırılıb. Polisdən bildirilib ki, atışma "Penyarol"un bir neçə fanatının narkotik maddə ticarəti zəminində mübahisəsi nəticəsində başlayıb.
Qeyd edək ki, görüşün ilk yarısı "Rampla Xuniors"un qələbəsi ilə başa çatıb - 1:0. Lakin təhlükəsizlik məqsədilə fasilədə oyunun dayandırılmasına qərar verilib.
Milli.Az