Dünyada ən sürətli router təqdim edilib

Dünyada ən sürətli router təqdim edilib
11:35 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Netgear” şirkəti tərəfindən dünyada “Nighthawk X10” adlı ən sürətli router təqdim edilib.

İstehsalçının məlumatına əsasən, simsiz şəbəkələrdə marşrutlayıcının maksimal buraxılış qabiliyyəti 7.2 Qbit/s (6 QHs diapazonda 4600 Mbit/s,  5 QHs diapazonda 1733 Mbit/s və 2.4 QHs diapazonda 800 MHs) səviyyəsindədir.

Bundan başqa, “Nighthawk X10” marşrutlayıcısı 10 Qbit-lik şəbəkə konnektoruna malik ilk ev routeridir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni router 1.7 QHs takt tezlikli dördnüvəli prosessor, məlumatların eyni anda bir neçə qurğuya ötürülməsi üçün “MU-MIMO” texnologiyası, 2 ədəd “USB 3.0” portu ilə təchiz edilib.

İstehsalçıların sözlərinə görə, “Netgear Nighthawk X10” routeri, məsələn, “4K” formatında video və virtual reallığın onlayn translyasiyası üçün uyğundur.

500 dollar məbləğində olan yeni router 2016-cı ilin oktyabrında satışa çıxarılacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43965-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR