Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin qüvvəsini sınadığı qrupun qarşılaşmaları Rumıniyada baş tutacaq.
Yığmamız meydan sahibləri, İngiltərə və Avstriya ilə mübarizə aparacaq. Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız elit-raunda vəsiqələrdən birinə sahib olmaq iddiasındadı.
Millimiz bunun üçün qrupda ilk iki yerdən birini tutmalıdı. Lakin 3-cü yer də komandamızı növbəti mərhələyə daşıya bilər. Bunun üçün qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik 5 yığma sırasına düşmək lazımdı.
Bütün matçlarını Buftea şəhərində keçiriləcək millimizin ilk rəqibi İngiltərə olacaq. Sabahkı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İki gün sonra eyni saatda eyni stadiona çıxacaq komandamız Avstriya ilə üz-üzə gələcək.
Oktyabrın 30-da baş tutacaq son turdakı rəqibimiz Rumıniya millisi olacaq. Bu görüş saat 16:00-da start götürəcək.
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VI qrup
I tur, 25 oktyabr
16:00. Rumıniya - Avstriya
Moqossoaya. RFF futbol mərkəzi
20:00. İngiltərə - Azərbaycan
Buftea. RFF futbol mərkəzi
II tur, 27 oktyabr
16:00. İngiltərə - Rumıniya
Moqossoaya. RFF futbol mərkəzi
20:00. Avstriya - Azərbaycan
Buftea. RFF futbol mərkəzi
III tur, 30 oktyabr
16:00. Azərbaycan - Rumıniya
Moqossoaya. RFF futbol mərkəzi
16:00. Avstriya - İngiltərə
Buftea. RFF futbol mərkəzi
Milli.Az