SOCAR istiqrazları bahalaşmaqda davam edir

SOCAR istiqrazları bahalaşmaqda davam edir
11:47 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə alış-satış qiymətlərini artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, istiqrazların alış qiyməti 1 000,67 dollardan 1 001,08 dollara, satış qiyməti isə 1 015 dollardan 1 015,4 dollara çatdırılıb.
Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR