Abşeronda piyadanı vurub qaçan sürücü tutulub

Abşeronda piyadanı vurub qaçan sürücü tutulub
11:57 24 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda piyadanı vuran avtomobilin sürücüsü saxlanılıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Abşeron rayonu ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini 78 yaşlı Nəsib Mustafayev vurulub. Xəstəxanaya gətirilən piyada orada ölüb.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Geely” markalı avtomobilin sürücüsü - rayon sakini Əbülfəz Rüstəmov saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/abseronda-piyadani-vurub-qacan-surucu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR