Hidistanda 21 maoçu-terrorçu öldürülüb

Hidistanda 21 maoçu-terrorçu öldürülüb
12:27 24 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Hindistanda polisin keçiridyi xüsusi əməliyyat nəticəsində 21 solyönümlü maoçu-silahlı zərərsizləşdirilib.
"Report" "RİA Novosti"yə istnadən xəbər verir ki, hadisə ölkənin Andxra-Pradeş və Oriss ştatlarının sərhədlərində oktyabrın 24-də səhər saatlarında baş verib.
Məlumata görə, polis Oriss ştatının Malkanqiri şəhərindən 10 km aralıda, cəngəllikdə yerləşən düşərgədə əməliyyat keçirib. Həmin düşərgədə 50-60 silahlının olduğu bildirilir. 
Qeyd edək ki, Hindistanda naksalitlər adlandırılan maoçu-silahlılar ölkənin Bixar, Çxattisqarx, Carkxand, Oriss və başqa ştatlarında fəaldırlar. Onlar hakimiyyətə qarşı partizan müharibəsi aparırlar.
Naksalitləri qeyri-rəsmi olaraq silahlı kommunistlər də adlandırırlar. 2010-cu ildən onlar 2212 terror aksiyası törədib və hadisələr nəticəsində 1003 nəfər həyatını itirib. Maoların siyasi ideoloqu Çinin keçmiş başçısı Mao Tszedun sayılır. O, 1949-1976-cı illərdə ölkəsini idarə edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hidistanda-21-maocu-terrorcu-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR