Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
12:27 24 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Gəncə şəhər sakini İlham Quliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və Şəmkir rayon sakini Vüqar Əzimovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə toqquşub. 
Nəticədə "VAZ-21214" markalı avtomobildə olan sərnişin Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gedebeyde-olumle-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR