Rusiya və Səudiyyədən neft müzakirəsi

Rusiya və Səudiyyədən neft müzakirəsi
12:38 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə Rusiya arasında neft bazarı ilə bağlı müzakirələr keçiriləcək.

Publika.az xəbər verir ki, Ər-Riyadda təşkil edilən Körfəz Əməkdaşlıq Şurasının (KİK) 35-ci Neft Əməkdaşlıq Komitəsinin toplantısından sonra Səudiyyə Ərəbistanı, Qatar və Rusiyanın neft nazirlərinin mətbuat konfransı keçirilib. Birgə mətbuat konfransında danışan Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Mədən Qaynaqları naziri Halid bin Abdulaziz el-Falih də Venesuela Prezidenti Nikolas Maduronun beynəlxalq neft danışıqları üçün paytaxt Ər-Riyada gəldiyini söyləyib.

“Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft mövzusunda yaxınlaşma var. Noyabr ayında OPEC ilə OPEC üzvü olmayan neft istehsalçısı ölkələr arasında razılığa gəlinə bilər", - deyə o bildirib.

Rusiyanın enerji naziri Aleksandr Novak da OPEC ilə razılaşma təmin edilmədən ölkəsinin neft istehsalı ilə bağlı dəqiq bir rəqəm verə bilməyəcəyini ifadə edib.

OPEC ilə danışıqların davam etdiyini ifadə edən Novak istehsal səviyyələrinin, OPEC ilə aparılan danışıqların nəticəsində təyin olunacağını, bir çox variant üzərində dayandıqlarını bildirib.

Novak Moskva ilə Ər-Riyad arasında əməkdaşlıq istiqamətində yeni addımlar atıldığını bildirib: “Neft bazarına sabitlik gətirməsi üçün görülən tədbirləri dəstəkləyirik. Yavaş da olsa bazarın indiki vəziyyəti daha yaxşıdır. Sərmayələrin dəstəklənilməsi üçün sabitlik şərtdir".

OPEC ilə OPEC üzvü olmayan neft istehsalçısı ölkələrinin oktyabrın 29-da Avstriyanın paytaxtı Vyanada neft bazarında sabitlik mövzusunu müzakirə edəcəyi gözlənilir. OPEC-in 171-ci toplantısı isə noyabrın 31-də baş tutacaq. Toplantı yenə Vyanada keçiriləcək.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/173301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR