Qətərin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Qətərin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
12:42 24 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Həməd Əl-Taninin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Qətərin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı bu gün saat 13:00-dan 15:00-dək, oktybarın 25-də və 26-da isə saat 11:00-dan 15:00-a qədərə açıq olacaq.
Bundan əlavə, səfirlikdə matəm əlaməti olaraq, dövlət bayrağı endirilib.
Qeyd edək ki, keçmiş əmir şeyx Xəlifə bin Həməd Əl-Tani oktybarın 23-də 85 yaşında vəfat edib. Sabiq hökmdarın vəfatı ilə əlaqədar Qətər hökuməti üç günlük matəm elan edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR