Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
12:47 24 Oktyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə. Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Xəbərdarlıq
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR