Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək

Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək
12:57 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək.
"Report" Azərbaycanın Koreya Respublikasındakı səfirliyinə istinadən xəbər verir ki, konsert Azərbaycan da daxil olmaqla 5 ölkənin iştirak edəcəyi Türk Mədəniyyəti Günləri çərçivəsində noyabrın 9-da baş tutacaq.
Konsert çərçivəsində "Natiq ritm qrupu"nun, "Muğam" beynəlxalq ansamblının, Elçin Şirinovun caz qrupunun, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/seulda-azerbaycan-musiqisi-gecesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR