Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsib

Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsib
13:27 24 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.
Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR