Elnur Cəfərovun komandasının oyununda qalmaqal - VİDEO

Elnur Cəfərovun komandasının oyununda qalmaqal -   VİDEO
13:37 24 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Elnur Cəfərovun çıxış etdiyi "Duqopole" klubu qalmaqalla üzləşib. Fanat.Az xəbər verir ki, həmyerlimizin komandası Xorvatiyanın II Divizionunda evdə "Sesvete" ilə bərabərə qalıb - 2:2.


Hesab 2:1 ev sahibi komandanın xeyrinə olarkən qonaqlar penalti qazanıb. Ancaq oyunun baş hakimi Tino Kreçak "Sesvete"nin oyunçusu Ante Aralitsanın qolunu qeydə almayıb. 


Tor deşik olsa da, bu, referinin gözündən yayınıb. Qonaq komandanın etirazı nəticə verməyib. Buna baxmayaraq, "Sesvete" 90+5-ci dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.


Elnur Cəfərov bu oyunda iştirak etməyib. 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elnur-cfrovun-komandasnn-oyununda-qalmaqal-t53585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR