Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsdi

Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsdi
13:38 24 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.

Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.

Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.

O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR