Leykozdan əziyyət çəkən Ülviyyəyə kömək lazımdır - FOTO

Leykozdan əziyyət çəkən Ülviyyəyə kömək lazımdır - FOTO
13:42 24 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkəlrədə və KİV-də leykozdan əziyyət çəkən 26 yaşlı Bakı sakini Ülviyyə Müzəffərovaya yardım lazım olduğu ilə bağlı xəbərlər paylaşılıb.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, gənc xanıma  2014-cü ilin may ayından kəskin limfoblast leykoz l-1 diaqnozu qoyulub. Bir ay müalicə olunandan sonra xəstə tam kliniki remissiyaya düşüb: "Amma xəstəliyə əsasən müalicə davam etməliydi. 2016-cı ilin iyun ayında müalicə tam bitmişdi. Lakin oktyabr ayında təkrar yoxlanış analizi verərkən xəstəliyin qayıdışı müşahidə olundu. Müalicə üçün xeyli miqdarda pul tələb olunur. Türkiyədə ilkin müayinəyə 10 min dollar, ilkin iki illik müalicə üçün 70-80 min dollar lazımdır". 

Mətbuat vasitəsi ilə ictimayyətə müraciət edən yaxınları bildirib ki, vaxt azdır, xəstəlik sürətlə inkişaf edir: "Ülviyyənin arzuları çoxdur, onun həyatını davam etdirmək dirənişinə biganə olmayaq. Hər kəsdən xahiş edirik ki, maddi və mənəvi dəstəyinizi bu gənc xanımdan əsirgəməyəsiniz". 

26 yaşlı Ülviyyə uşaq ikən atasını itirib. Anası Hicran xanım isə böyük əziyyətlə ailəni dolandırmağa çalışır. Bizimyol.info Hicran xanımla əlaqə yaradaq Ülviyyənin durumunu öyrənib. Hicran xanım bildirdi ki, sosial şəbəkədi paylaşımlardan sonra insanlar Ülviyyəyə öz dəstəklərini göstərməyə başlayıblar. Kimisi hesaba pul köçürüb, kimisi də ailəyə yaxınlaşaraq vəziyyəti ilə maraqlanıb. Ancaq hələ də Ülviyyə üçün lazım olan məbləğin yığılması mümkün olmayıb. İmkanı yetən hər bir kəsin yardımına ehtiyac var.

Bank Respublika - Seriya AZE 05755133
Hesab: AZN- 380194401153504401

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR