Gürcüstanda NATO-nun hərbi-təlim bazasına hücum edənin kimliyi müəyyənləşib

Gürcüstanda NATO-nun hərbi-təlim bazasına hücum edənin kimliyi müəyyənləşib
13:47 24 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda NATO-nun hərbi-təlim bazasına hücum edənin şəxsiyyəti müəyyənləşib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu hərbi polis komandanlığının istintaq idarəsinin rəisi Zurab Kuxianidze bildirib.
Onun sözlərinə görə, hücum edən 1993-cü ildə anadan olmuş, Giqa Romanoviş Şengeliyadır.
"Bunun hərbi xidmətlə əlaqədar olub-olmaması məsələsi haqda hələlik heç bir söz deyə bilmərəm. Mənə onun kimliyini müəyyənləşdirmək və işlədiyi yer barədə məlumat toplamaq tapşırılıb", - deyə rəis Gürcüstanın "Rustavi 2" telekanalına müsahibəsində bildirib.
Z.Kuxianidze deyib ki, postda duran əsgərə hücum edilib: "O, xəbərdarlıq etdikdən sonra havaya atəş açıb. Növbətçi əsgər sorğu-sual olunub".
Məlumata görə, ötən gün NATO-nun Gürcüstanın Kratsanis rayonunda yerləşən hərbi-təlim bazasına bir neçə nəfərin hücum etdiyi barədə məlumat yayılıb. Onlar növbətçi əsgərin xəbərdarlıq atəşinə məhəl qoymayıblar. Açılan atəş nəticəsində bir nəfər öldürülüb.
Xatırladaq ki, bu təlim bazası cari ilin avqustunda açılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-nato-nun-herbi-telim-bazasina-hucum-edenin-kimliyi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR