İdmanda dopinq vasitələrindən istifadəyə qarşı mübarizə ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

İdmanda dopinq vasitələrindən istifadəyə qarşı mübarizə ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
13:52 24 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olunub.
“Report”un xəbərinə görə, Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir.
O xatırladıb ki, Beynəlxalq Antidopinq Təşkilatı idmançıların 7000-dən artıq dərmandan istifadə etməsinə qadağa qoyub: “Həmin dərmanlardan istifadə edən idmançılar dərhal yarışlardan uzaqlaşdırılır. Bu hal 3 dəfə təkrarlandıqda idmançaların beynəlxalq yarışlarda iştirakına ömürlük qadağa qoyulur. Bu, hər bir ölkə üçün vacib şərtdir. Düzdür, Azərbaycanda buna riayət edilir. Gənclər və İdman Nazirliyinin Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamadan keçirlər. Qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlanan şəxs dərhal cəzalandırılır”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun yoxdur.
F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
O əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-dmanda-dopinq-vasitelerinden-istifadeye-qarsi-mubarize-ile-bagli-qanun-layihesi-milli-meclisin-plen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR