Beş il ancaq siçan yeyərək yaşadılar – FOTO/VİDEO

Beş il ancaq siçan yeyərək yaşadılar – FOTO/VİDEO
14:23 24 Oktyabr 2016
315 Dünya
Ölkə mətbuatı
A- A+

Beş il öncə Somali dəniz quldurları tərəfindən girov götürülən dənizçilər başlarına gələn dəhşətləri açıqlayıblar.

Publika.az
xəbər verir ki, beş il sonra azad olunan dənizçilərdən biri, filippinli Arnel Balbero sadəcə siçan yeyərək həyatda qaldıqlarını bildirib: “Gün ərzində bizə sadəcə bir miqdarda su verirdilər və bizimlə “yaşayan ölü” olaraq davranırdılar. Ölməmək üçün hər şeyi yedik. İnsan ac olanda hər şeyi yeyə bilərmiş”.

Onların gəmisi 2012-ci ildə girov götürülüb. Gəmidə 26 dənizçi olub. Girov götürülən dənizçilərin biri gəmidə öldürülüb, digər ikisi isə xəstəlikdən ölüblər. Yerdə qalanlar isə Somaliyə aparılıb.

A. Balbero qeyd edir ki, onlar meşədə siçanları tutub yeyirmişlər.

“Onları tutandan sonra ətlərini qızardır və yeyirdik. Beş il boyunca əsas yeməyimiz siçan əti oldu və gündə az miqdarda su içirdik. Bütün bunlardan sonra normal həyata öyrəşmək çətin olacaq”, - deyə o bildirib.


Nəriman



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR