Məktəb partaları xəstəlik daşıyıcısıdır - Rəsmi qurumdan ETİNASIZLIQ

Məktəb partaları xəstəlik daşıyıcısıdır - Rəsmi qurumdan ETİNASIZLIQ
14:27 24 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

İllərdir orta məktəblərdə sinif rəhbərlərinin qanunsuz olaraq valideynlərdən süpürgə pulu, silgi pulu, təmir pulu, fond pulu adı altında yığdıqları rüşvət hamını bezdirib. Bu azmış kimi orta məktəblərdə yeni tendensiya yaranıb. Artıq istifadəyə yararsız sinif lövhələrini yeniləmək üçün də valideynlərə müraciət olunur.

Hələ bu harasıdır?
 
Bakıda və Gəncə şəhərində yerləşən məktəblərdə çalışan müəllimlər uşaqlarımızın "qayğısına qalmağı" da unutmur. Onlar məktəblərdəki parta və stulların standartlara cavab vermədiyini iddia edərək, valideynlərdən hər uşağa döşəkcə almaq üçün 3 manat tələb edirlər.
 
Müəllim hətta valideynləri qınayaraq "əgər bu pulu siz verməsəniz belə, mən öz cibimdən həmin döşəkcələri alacaqdım. Çünki siz bilmirsiniz ki, o partalar və stullar xəstəlik daşıyıcısıdır. Uşaqlarda xərçəng də yaradır, onların gələcəkdə ana, ata olmaq hüququnu da əlindən alır" deyir.
Sinif rəhbərləri bunu əsas gətirərək hər uşaq üçün ayrıca döşəkcə sifariş verdirib. Onların təbirincə desək, bu döşəkcələr vasitəsilə uşaqlarımız həm soyuqdan, həm də yarana biləcək xəstəliklərdən qorunacaq.
Bu baxımdan dərzilərin işi, necə deyərlər "xod gedir". Hansı dərziyə yaxınlaşırsan, döşəkcə sifarişi icra etdiyini əsas gətirərək işinin çox olduğunu vurğulayır.
 
İlk baxışda döşəkcə kimi cılız görünən məsələ əslində kifayət qədər geniş və əhəmiyyətlidir. Çünki müzakirə mövzusu övladlarımızın sağlamlığıdır.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun məsələyə münasibəti bir qədər etinasız oldu. O, bu barədə ilk dəfə bizdən eşitdiyini deyərək, sualı absurd adlandırıb. Eyni zamanda, məsələnin birbaşa Bakı Şəhəri Təhsil İdarəsinin səlahiyyətində olduğunu qeyd etdi.
Cəsarət müəllimə xatırlatmaq yerinə düşür ki, absurd adlandırdığı məsələ onun təmsil etdiyi qurumun nəzarəti altında fəaliyyət göstərən təhsil müəssisələrində baş verir...
 
Mövqeyini öyrəndiyimiz digər qurum- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cavabı bu məsələdə müəllimlərə haqq qazandırmağa imkan verir. Milli.Az bildirir ki, qurumun mətbuat katibi Fazil Talıblı modern.az-a açıqlamasında Azərbaycandakı məktəbli masa və stullarının keyfiyyətinin yoxlanılmadığını deyir:
 
 "Hesab edirik ki, parta elə keyfiyyətdə istehsal olunmalıdır ki, azyaşlıların inkişafına mane olmasın. Əksinə onların inkişafına yönəlsin. Bu baxımdan təəssüflə qeyd edirik ki, həmin məktəbli stulları, masaları, partaları istehsal və idxal edənlər, akkreditasiya olunmuş sertifikasiya orqanlarına müraciət etmirlər.
 
Əgər bunu etsəydilər, məhsulun keyfiyyəti araşdırılardı. O zaman həm valideynlər, həm də müəllimlər uşaqlarının gələcəyindən arxayın olardılar. Araşdırma aparılmadığından onun keyfiyyətli və ya keyfiyyətsiz olması ilə bağlı hər hansı fikir yürüdə bilmirəm".
 
 Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37

“eTopaz”da günün canlı oyunları

24 Sentyabr 2017 13:37

Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24 Sentyabr 2017 13:33

İrandan İKRH-nə böyük şok

24 Sentyabr 2017 13:32

Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər

24 Sentyabr 2017 13:19

Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb"

24 Sentyabr 2017 13:12

Bakıda gənc bacısı ilə yazışan oğlanı doğradı

24 Sentyabr 2017 13:12

DTX rəisi: Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır

24 Sentyabr 2017 13:03

Sabah hava necə olacaq?

24 Sentyabr 2017 13:03

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

24 Sentyabr 2017 13:03

DTX sədri: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

24 Sentyabr 2017 13:02

Dövlətə xəyanət etmiş hərbçilərlə bağlı YENİ XƏBƏR

24 Sentyabr 2017 12:54

ABŞ kosmosa casus peyk buraxdı

24 Sentyabr 2017 12:54

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

24 Sentyabr 2017 12:49

Mədət Quliyev: "Azərbaycanda terrora cəhd hazırlığı görən xeyli sayda şəxs zərərsizləşdirilib"

24 Sentyabr 2017 12:47

İŞİD-ə qoşulmuş azərbaycanlılardan 300 nəfəri ölüb - RƏSMİ

24 Sentyabr 2017 12:44

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 12:43

Mədət Quliyev: "İraqda 300-ə yaxın azərbaycanlı öldürülüb"

24 Sentyabr 2017 12:42

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 12:34

1 həftə əvvəl ana olan qızına təcavüz etdi

24 Sentyabr 2017 12:34

Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - BAKIDA

24 Sentyabr 2017 12:29

Azərbaycan Prezident “Neftçala” yarımstansiyasının açılışını edib

24 Sentyabr 2017 12:27

Prezident Neftçala Xəstəxanasının yenidənqurmadan sonrakı şəraiti ilə tanış olub

24 Sentyabr 2017 12:24

NATO konvoyuna hücum edildi

24 Sentyabr 2017 12:21

Prezident Neftçala Sənaye Məhəlləsinin açılışını etdi

24 Sentyabr 2017 12:19

Məşhur futbolçunun arvadı bütün sirrləri açıqladı - FOTOLAR

24 Sentyabr 2017 12:17

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

24 Sentyabr 2017 12:14

İrəvanda böhran: ət kəskin bahalaşır

24 Sentyabr 2017 12:13

Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək

24 Sentyabr 2017 12:12

Sabaha olan hava proqnozu

24 Sentyabr 2017 12:11

Həftənin ilk günündə Bakıda payız havası olacaq - PROQNOZ

24 Sentyabr 2017 12:09

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

24 Sentyabr 2017 12:02

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:59

"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı - VİDEO

24 Sentyabr 2017 11:57

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:52

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında görüş olub

24 Sentyabr 2017 11:50

Taliban silahlıları polis məntəqəsinə hücum etdi

24 Sentyabr 2017 11:43