® DəmirBank-la əmanətiniz yanınızda olsun!

® DəmirBank-la əmanətiniz yanınızda olsun!
14:44 24 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

DəmirBank müştərilərin yerləşdirdikləri vəsaitlərə hər zaman çıxışını təmin etmək məqsədilə “Plastik kartla yığım əmanəti” məhsulunu təklif edir. Əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. 

Bundan əlavə, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 6%-dək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər. 

Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkün olduğu üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə müştərilər üçün Banka məxsus DəmirPay terminallardan vəsait əlavə etmək imkanı da yaradılmışdır. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM-ləri vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi (012) 149

 http://www.demirbank.az/

facebook.com/demirbank.az

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR