"Mançester Yunayted" azarkeşlərindən üzr istəyirəm"

"Mançester Yunayted" azarkeşlərindən üzr istəyirəm"
14:52 24 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in London səfəri fiasko ilə nəticələndi. Joze Mourinyo sabiq komandası "Çelsi"nin 4 cavabsız qolundan sonra "Stamford Bridge"ə qayıdışını, çətin ki, unutsun.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra bunları deyib:

"Azarkeşlərimiz 90 dəqiqə ərzində bizi dəstəklədi. Bütün dünyada milyonlarla "Yunayted" fanatının əhvalını korladıq. Komandanın baş məşqçisi kimi buna təəssüflənirəm. Onlardan üzr istəyirəm. Mən tamamilə "Mançester Yunayted"ə məxsusam. Bir faizim belə "Çelsi" və ya başqa kluba aid deyil. Yüz faizli "manikunianlı"yam. Bu duruma çox üzülürəm. Oyunçulara dediyim kimi yalnız bir cavab var. Sabah məşqdir, çalışmaqda davam edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR