Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb

Bakıda kafedə müştərilərdən biri döyülərək ağır xəsarət alıb
15:12 24 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda 30 yaşlı kişi döyülərək ağır xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Günəş" kafesində qeydə alınıb.
1986-ci il təvəllüdlü Şirvan şəhər sakini Hüseynov Elməddin Mötəbər oğlu kafedə müştəri qismində əyləşib. Yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olan E.Hüseynov digər masada əyləşən müştərilərin ünvanına nalayiq ifadələr işlədib. Mübahisə düşüb, nəticədə E.Hüseynov döyülüb
Ağır xəsarət alan yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-kafede-musterilerden-biri-doyulerek-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR