Yeni “Facebook” funksiyası videonu televizora ötürəcək

Yeni “Facebook” funksiyası videonu televizora ötürəcək
15:35 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Facebook” sosial şəbəkəsinin yeni funksiyası videonu televizora translyasiya etməyə imkan verəcək. Yeni xidmətdən istifadə üçün “Chromecast” və ya “Apple TV” televizor qurğuları tələb olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu yaxınlaradək sosial şəbəkədən videonu televizor ekranına ötürmək yalnız “Apple” smartfonu və ya "Apple TV” və “Chromecast” qurğularının brauzerləri vasitəsilə mümkün idi. Yaxın gələcəkdə bu imkanı “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular da qazanacaq. Bu, eyni anda “Facebook”da xoşagələn videoya və xəbərlər lentinə baxmağa şərait yaradacaq.

Yeni xidmətin anonsu 2 ay əvvəl edilib. Oktyabrda sosial şəbəkə mütəxəssisləri xidməti nümayiş etdirərək onun yaxın vaxtlarda yeni funksiyalarla təchiz ediləcəyini bildiriblər.   

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43977-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR