Bina yanğınında təqsirləndirilən: "Yanğın baş verən ünvana gedəndə tıxaca düşdük"

Bina yanğınında təqsirləndirilən: "Yanğın baş verən ünvana gedəndə tıxaca düşdük"
15:37 24 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə ifadə verən təqsirləndirilən şəxs Ələkbər Əsgərov yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib.

Ə.Əsgərov hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyib. 2010-cu ildən rəsmi müqavilə ilə "Global Stor"un baş direktoru olan Ə.Əsgərov bu vəzifədə cəmi 1 il işlədiyini deyib. Onun sözlərinə görə, baş direktoru olduğu şirkət holdinqin bir müəssisəsi olub və yalnız sifarişləri həyata keçirib və poliuretan məhsullarının istehsalı üçün alınan xammal Türkiyədən idxal edilib.

Ə.Əsgərov qeyd edib ki, yanğın baş verən ünvana getsələr də tıxaca düşüblər: "Yollar bağlanmışdı".

O, ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən yalnız Uğur Bəşirovu və Miryusif Mahmudovu tanıyır. Digər şəxslərlə isə məhkəmə zalında tanış olub.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Ə.Əsgərov məhkəmədə qeyd edib ki, hadisəni onun üçün daha ağır edən 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunmasıdır. "Nədə təqsirləndirildiyimin, burada olmağımın səbəbi mənə aydın deyil. Mənə burada danışmaq, ifadə vermək çox çətindir", - deyə o, ifadəsində bildifrib. Direktoru olduğu şirkətdəki fəaliyyətindən danışan Ə.Əsgərov digər təqdirləndirilən Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladığını deyib: ""Müəssisənin bütün ehtiyatlarının planlanması" sistemini mən qurmuşam. Bu sistemlə şirkət beynəlxalq nüfuzlu şirkətlərlə birlikdə əməkdaşlığa başlamaq üçün imkan yaradırdı. Bu sistem də çox uğurlu oldu". Ə.Əsgərov hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyib. 2010-cu ildən rəsmi müqavilə ilə "Global Stor"un baş direktoru olan Ə.Əsgərov bu vəzifədə cəmi 1 il olduğunu söyləyib. O deyib ki, baş direktoru olduğu MMC "Global Constuction"ın bir müəssisəsi olub və yalnız sifarişləri həyata keçirib. O, poliuretan məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib. Təqsirləndirilən şəxs prokurorun, vəkillərin və zərərçəkmişin suallarını cavablandırıb. Yanğında qardaşı və bacısını itirən Feyzulla Bağırov Ə.Əsgərova sual verərək deyib ki, hadisədən sonra vəzifəli şəxslər televiziya kanallarında çıxış edib lisenziya alınan üzlüklə binaya vurulan üzlüyün arasında fərq olduğunu deyiblər. Təqsirləndirilən şəxs isə bundan xəbərsiz olduğunu söyləyib. Ə.Əsgərov çıxışında şirkətin təsisçisinin yalnız Miryusif Mahmudov olmadığını və digr təsisçinin Hüseynbala Əlizadə olduğunu qeyd edib. Yanğından sonra baş verənləri danışan Ə.Əsgərov qeyd edib ki, yanğın baş verən ünvana getsələr də tıxaca düşüblər: "Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Biz çatanda gördük ki, MTN əməkdaşları içəridədirlər. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşalrı gəldilər. Mən onlarla birlikdə getdim".

Ötən proseslərdə də ləğv edilmiş MTN-in Miryusif Mahmudovdan pul tələb etməsi barədə Ə.Əsgərov da danışıb. O, pul istənilən zaman Miryusif Mahmudovla birlikdə olduğunu deyib: "Biz ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbləşdi. Dedi ki, verməsək, nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır". O, ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən yalnız Uğur Bəşirovu və Miryusif Mahmudovu tanıyır. Digər şəxslərlə isə məhkəmə zalında tanış olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliya çempionatında maraqlı anlar

21 Sentyabr 2017 14:38

Mobil qurğular üçün 1 terabaytlıq sərt disk təqdim olunub

21 Sentyabr 2017 14:35

Rusiyalı general və polkovnik Suriyada güllələndi

21 Sentyabr 2017 14:33

İlham Əliyevdən Ermənistanı qorxuya salan sözlər və İRƏVANA SON XƏBƏRDARLIQ

21 Sentyabr 2017 14:33

Azərbaycanın Koreyadakı səfirinə “İlin Səfiri” mükafatı təqdim edilib

21 Sentyabr 2017 14:32

Pərvin Abıyeva hansı milyonçunun seksual "qızı" imiş?

21 Sentyabr 2017 14:30

Türkiyə və Rusiya prezidentlərinin müzakirə edəcəyi əsas mövzular açıqlanıb

21 Sentyabr 2017 14:27

"Alveş Neymarın faşihəsi kimidi"

21 Sentyabr 2017 14:27

Faiq Ağayev saçını rəngləyən kişiləri müdafiə etdi - VİDEO

21 Sentyabr 2017 14:24

CİA-nın qurduğu ŞOK PUSQU: MİT-in planı necə İFŞA EDİLDİ?

21 Sentyabr 2017 14:23

Azərbaycanlı şair yeni din yaradır, dini kitab yazır"

21 Sentyabr 2017 14:21

Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

21 Sentyabr 2017 14:18

Azərbaycanda zəlzələ baş verdi

21 Sentyabr 2017 14:12

İllər onu belə dəyişdi...

21 Sentyabr 2017 14:10

Gömrük Komitəsindən iddialara SƏRT REAKSİYA

21 Sentyabr 2017 14:08

Sabahdan Məhərrəm ayı başlayır

21 Sentyabr 2017 14:07

Dünya liderləri və həyat yoldaşları BMT-də... - FOTOLAR

21 Sentyabr 2017 14:04

Dekabrda dollar yenidən bahalaşacaq

21 Sentyabr 2017 13:59

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

21 Sentyabr 2017 13:57

Moldova prezidentinin istefası təklif edilib

21 Sentyabr 2017 13:57

Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR

21 Sentyabr 2017 13:53

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

21 Sentyabr 2017 13:52

Sergen Yalçın istefa verdi

21 Sentyabr 2017 13:47

"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı

21 Sentyabr 2017 13:47

Azərbaycanlı müğənni gözəllik yarışmasına qatıldı - FOTOLAR

21 Sentyabr 2017 13:44

Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

21 Sentyabr 2017 13:38

Fransada əsas müxalifət partiyasının sədr müavini istefa verib

21 Sentyabr 2017 13:37

"S&P" Çinin reytinqini azaldıb

21 Sentyabr 2017 13:37

Xanımları hələ də "dəli" edən yaşlı məşhurlarımız

21 Sentyabr 2017 13:35

Ali Məhkəmədə silahlı qarşıdurma

21 Sentyabr 2017 13:33

Lənkəraniski mahnısı iki gəncin HƏYATINI MƏHV ETDİ - BAKIDA

21 Sentyabr 2017 13:33

Qadının ölümünə səbəb olan sürücü tutuldu

21 Sentyabr 2017 13:29

Balakən SİLKƏLƏNDİ

21 Sentyabr 2017 13:28

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub

21 Sentyabr 2017 13:27

Vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

21 Sentyabr 2017 13:26

Balakəndə zəlzələ

21 Sentyabr 2017 13:24

Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu - FOTO

21 Sentyabr 2017 13:23

Nazəninin başına İŞ GƏLDİ: “Varlı kişi məni çağırdı masasına, əlini saldı boynuma...”

21 Sentyabr 2017 13:18

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

21 Sentyabr 2017 13:17

Zaqatalada zəlzələ olub

21 Sentyabr 2017 13:17

Mesut Özilin nişanlısı xəstəxanalıq oldu

21 Sentyabr 2017 13:17

"Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanmayacaq"

21 Sentyabr 2017 13:14

ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir?

21 Sentyabr 2017 13:14

Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb

21 Sentyabr 2017 13:12

Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO

21 Sentyabr 2017 13:08

Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"

21 Sentyabr 2017 13:07

İNTİQAM: Sevgilisinin porno görüntülərini yaydı

21 Sentyabr 2017 13:06

UEFA-dan inqilabi yenilik - Milli komandalar yarışacaq

21 Sentyabr 2017 13:03

Həyat yoldaşını, qızını döydü

21 Sentyabr 2017 13:00

Natavan "Hozu"ya klip hazırladı - VIDEO

21 Sentyabr 2017 12:59